Modern.az

İdmançımız Moldovada üç qızıl medal qazandı - FOTOLAR

İdmançımız Moldovada üç qızıl medal qazandı - FOTOLAR

7 İyul 2023, 15:41

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Hüseyn Heydərov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa çempionatında üç qızıl medal qazanıb.

 

Modern.az-ın məlumatına görə, yaşı 15-ədək olan oğlanlar arasında 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırmada 118 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa birincilyinin qızıl medalına sahib çıxıb.

 

O, təkanla qaldırmada da uğurlu çıxışla yadda qalıb. Heydərov 139 kq-ı ram edib və bu hərəkətdə də Avropanın ən yaxşısı olub.

 

Toplam 257 kq (118+139) nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi