Fransanın PSJ klubu növbəti transferini rəsmiləşdirib.
Modern.az Paris təmsilçisinin saytına istinadən xəbər verir ki, ölkə çempionu uruqvaylı Manuel Uqarteni heyətinə qatıb.
22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Manuel Uqarte son olaraq Portuqaliyada "Sportinq"in uğurları üçün çalışıb. PSJ daha əvvə Milan Şkrinyar və Marko Asensionunun transferini açıqlamışdı.