Modern.az

“Neftçi” “Srvena Zvezda”ya qarşı

“Neftçi” “Srvena Zvezda”ya qarşı

8 İyul 2023, 09:45

Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" bu gün "Match TV" beynəlxalq turnirində ikinci oyununu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, hazırda baş məşqçisiz olan "ağ-qaralar" Serbiyanın "Srvena Zvezda" komandası ilə qarşılaşacaq.

 

Sankt-Peterburqdakı "Smena" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edəcək.

 

"Match TV" turniri 8 iyul

 

20:30. "Neftçi" (Azərbaycan) -  “Srvena Zvezda” (Serbiya)


Hakimlər: Artyom Lyubimov, Rəşid Abusuyev, Dmitri Yermakov


Var hakimi: Nikolay Voloşin


Sankt-Peterburq, "Smena" stadionu

Qeyd edək ki, "Neftçi" turnirdə keçirdiyi ilk oyunda Rusiya "Zenit"inə 1:3 hesabı ilə uduzub. Paytaxt klubu son matçında Türkiyə "Fənərbağça"sı ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi