Modern.az

Boksçularımız Gürcüstanda 7 medal qazandı 

Boksçularımız Gürcüstanda 7 medal qazandı 

İdman

9 İyul 2023, 19:08

Gürcüstanın Qori şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, Azərbaycan millisinin 8 idmançısından 7-si yarışı medalla başa vurub.

 

Komandamızın heyətində Ramal Yolçuyev (48 kq) və Nadir Məlikov (60 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Ayxan Əliyev (67 kq) və İlfan Xəlilli (80 kq) isə bürünc medala sahib olublar.

 

Qeyd edək ki, yığma iyulun 10-da Bakıya qayıdacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi