Ermənistan Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında iştirak edəcək.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Atıcılıq Federasiyasının baş katibi Areq Saribekyan bildirib.
“Əlavə maneə olmadığı təqdirdə komanda getməyə hazırlaşır”, - Saribekyan deyib.
Qeyd edək ki, atıcılıq üzrə dünya çempionatı avqustun 14-dən sentyabrın 3-dək Bakıda keçiriləcək.