Modern.az

Mutudan “Neftçi”nin baş məşqçisi kimi ilk açıqlama

Mutudan “Neftçi”nin baş məşqçisi kimi ilk açıqlama

İdman

11 İyul 2023, 14:20

“Neftçi” Azərbaycanda ən böyük və ən güclü azarkeş bazasına malik klubdur. “Neftçi” azarkeşləri Avropada öz sədaqəti və dəstəyi ilə tanınırlar. Mən onlarla yaxşı əlaqə quracağıma əminəm, çünki günün sonunda nə ediriksə, azarkeşlərimiz üçün edirik.

 

Modern.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu klubun saytına açıqlamasında deyib.

 

Bakı təmsilçisi ilə 2 illik müqavilə imzalayan rumıniyalı mütəxəssis məqsədi haqda da danışıb: "Məqsədim “Neftçi”ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və Azərbaycanı Avropada qürurla təmsil etməkdir. İnanıram ki, “Neftçi” Avropa futbol meydanlarında böyük uğurlar əldə edəcək”.

 

Qeyd edək ki, "Neftçi" Peşəkar Futbol Klubu yeni baş məşqçisi Adrian Mutunu təqdim edib.

 

Bu xəbər ilə bağlı
“Neftçi”də yeni baş məşqçi TƏYİNATI - FOTOLAR
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi