Modern.az

Orxan Məmmədov yeni vəzifəyə SEÇİLDİ

Orxan Məmmədov yeni vəzifəyə SEÇİLDİ

İdman

11 İyul 2023, 14:40

Azərbaycan Minifutbol Federasiyasının növbəti ümumi yığıncağı keçirilib. Orxan Məmmədov növbəti dörd il üçün prezident seçilib.

 

Modern.az xəbər verir ki, o, bu barədə rəsmi tviter hesabında paylaşım edib.

 

Toplantıya gənclər və idman naziri Fərid Qayıbov da qatılıb.

 

Orxan Məmmədov etimad göstərən hər kəsə təşəkkür etdiyini bildirib: "İnanıram ki,federasiya olaraq bundan sonra da ölkəmizi dünyada layiqli təmsil edəcəyik".

 

Qeyd edək ki, Orxan Məmmədov Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi