Modern.az

Erməni idmançıların təhlüksəziliyi təmin olunacaq - NAZİRLİK

Erməni idmançıların təhlüksəziliyi təmin olunacaq - NAZİRLİK

İdman

11 İyul 2023, 16:00

Gənclər və İdman Nazirliyi Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında Ermənistan yığması da iştirak etmək istəyi ilə bağlı məsələyə münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev bildirib ki, həmişə olduğu kimi bu dəfə də bütün iştirakçı ölkələrin idmançı və nümayəndə heyəti üzvlərinin təhüksəziliyi təmin olunacaq.

 

Qeyd edək ki, Ermənistan Güllə Atıcılığı Federasiyasının baş katibi Areq Saribekyan yerli mətbuata açıqlamasında bildirib ki, Bakıda keçiriləcək yarışda Ermənistan yığması da iştirak etmək istəyir. Çempionatın avqustun 14-31-də keçiriləcəyi planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi