"Qarabağ" klubu UEFA Çempionlar Liqasının 2023/2024 mövsümü çərçivəsində Cəbəllütariqdə "Linkoln" ilə qarşılaşıb.
Modern.az xəbər verir ki, "Viktoriya" stadionunda oynanılan görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.
***
19:30
Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Modern.az-ın məlumatına görə, "Viktoriya" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb.
Qeyd edək ki, komandaların cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.