Modern.az

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi yekunlaşır

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi yekunlaşır

İdman

12 İyul 2023, 08:16

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.

 

Modern.az-ın məlumatına görə, ikinci oyun günündə 5 qarşılaşma baş tutacaq.

 

Günün ilk matçı Qazaxıstanda "Astana" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandası arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Gecənin son oyununda isə "Slovan" Slovakiyada Lüksemburqun "Svift Hesperange" klubunu qəbul edəcək.

 

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
12 iyul

 

18:00. "Astana" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan)

20:00. HIK (Finlandiya) - "Larne" (Şimali İrlandiya)

21:00. "Haken" (İsveç) - TNS (Uels)

21:30. "Farul" (Rumıniya) - "Şerif" (Moldova)

22:30. "Slovan" (Slovakiya) - "Svift Hesperange" (Lüksemburq)

 

Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları 18-19 iyulda keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi