Modern.az

“Neftçi”nin sabiq futbolçusu CAR klubuna keçdi

“Neftçi”nin sabiq futbolçusu CAR klubuna keçdi

İdman

13 İyul 2023, 13:16

Bakının “Neftçi” klubunun sabiq futbolçusu Edson Kastilyonun yeni komandası müəyyənləşib.

 

Modern.az xəbər verir ki, venesuelalı yarımmüdafiəçi Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs" klubuna keçib.

 

Klubun rəsmi saytı Kastilyo ilə birillik müqavilə imzalandığını açıqlayıb.

 

Qeyd edək ki, 29 yaşlı oyunçu 2016-2017-ci illər mövsümündə "Neftçi"də çıxış edib. Paytaxt təmsilçisində 20 oyun keçirən futbolçu qol vura bilməyib.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi