Modern.az

"Sabah" Almaniya klubuna uduzdu

İdman

15 İyul 2023, 16:37

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” klubu növbəti yoxlama oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli” ilə üz-üzə gəlib.

 

İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda baş tutan görüş rəqibin qələbəsi ilə bitib - 1:4. Azərbaycan təmsilçisinin qolunu 57-ci dəqiqədə Coy Lens Mikels vurub.

 

Qeyd edək ki, "Sabah" ilk matçında Qətərin “Əl-Sədd” klubunu 3:1 hesabı ilə üstələyib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi