Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin "Yurqorden" komandasında ilk məşqinə çıxıb.
Modern.az-ın məlumatına görə, bu barədə klubun rəsmi feysbuk hesabı paylaşım edib.
"Yurqorden" postda "bütün yeni transferlər yerindədir" yazıb.
Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. O, son olaraq "Qarabağ"ın uğurları üçün çalışıb.