Argentinalı futbolçu Lionel Messi rəsmi olaraq ABŞ-ın "İnter Mayami" futbol klubuna keçid edib.
Modern.az xəbər verir ki, bu barədə klubun sosial media hesabında paylaşım edilib.
“Bəli, uşaqlar. Mayamidə görüşənədək”, - Messi klubun yaydığı videoda bildirib.
Futbolçunun təqdimat mərasimi iyulun 16-da baş tutacaq.
O, PSJ komandası ilə iki mövsümdə 57 liqa oyununda iştirak edib, 22 qol vurub və 30 məhsuldar ötürmə edib.