“Neftçi” klubu müdafiəçi Solomon Kverkveliya ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2022-ci ilin iyulunda “Neftçi”yə transfer olunmuş Kverkveliya bu müddət ərzində 42 rəsmi oyunda meydana çıxıb, 2 qol vurub.