Modern.az

"Yuventus" Lukakunu transfer edir

İdman

16 İyul 2023, 18:59

"Yuventus" Romelu Lukakunu transfer etməyə yaxındır.

 

Modern.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi belçikalı futbolçu ilə üç illik müqavilə imzalamaqla bağlı razılığa gəlib. O, yeni klubunda ilinə 8 milyon avro qazanacaq.

 

"Yuventus"  “Çelsi”yə 30 yaşlı oyunçu üçün bonuslar da daxil olmaqla 40 milyon avro ödəyəcək. 

 

Lukaku ötən mövsüm "İnter"də icarə əsasında çıxış edib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi