Modern.az

"Sabah" "Olimpiakos"a qarşı

İdman

19 İyul 2023, 09:36

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu kollektiv Yunanıstan təmsilçisi "Olimpiakos"la üz-üzə gələcək.

 

Kematen stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

 

Qeyd edək ki, "Sabah" daha əvvəl Qətərin "Əl-Sədd" komandasına 3:1 hesabı ilə qalib gəlib. Paytaxt klubu ikinci görüşündə Almaniya “Sankt-Pauli”sinə uduzub - 1:4.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi