Modern.az

“Qarabağ” darmadağınla növbəti mərhələdə

“Qarabağ” darmadağınla növbəti mərhələdə

İdman

19 İyul 2023, 22:12

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda qələbə qazanıb.

 

Modern.az xəbər verir ki, Ağdam komandası Bakı Olimpiya Stadionunda Cəbəllütariqin “Linkoln” klubunu qəbul edib.

 

Albaniyalı baş hakim Eldorjan Hamitinin idarə etdiyi matçda “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Marko Veşoviç, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Leandro Andrade, Abdullah Zubir və Redon Cica yer alıblar.

 

“Linkoln”un heyətində isə meydana Deyl Kolinq, Bernardu Lopeş, Con Sarcent, Nano, İbrahim Ayu, Mandi, Mustafa Yahaya, Liam Uoker, İtan Britto, Kike Qomes və Li Kasyaro çıxıblar.

 

Görüş “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi