Modern.az

“Sumqayıt” daha bir əcnəbi futbolçunu heyətinə qatdı

“Sumqayıt” daha bir əcnəbi futbolçunu heyətinə qatdı

İdman

22 İyul 2023, 11:38

2023/24-cü il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir əcnəbi futbolçu keçidini reallaşdırıb.

 

Modern.az xəbər verir ki, komanda Portuqaliya təmsilçisi “Vitoria Gimaraeş”ə məxsus olmuş, son mövsümü icarə əsasında “Vilafrankeze”də çıxış edən pakistanlı futbolçu İsa Suliman ilə 2 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, İngiltərənin Birmingem şəhərində doğulmuş İsa Suliman futbolun sirlərinə məhz bu ölkədə yiyələnib. “Aston Villa”nın akademiyasının yetirməsi olan 25 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində İngiltərənin “Çeltenhem”, “Qrimsbi Taun”, Niderlandın “Emmen”, Portuqaliyanın “Nasional”, “Vilafrankeze” və “Vitoria Gimaraeş” klublarında çıxış edib.

 

O, İngiltərənin U-16, U-17, U-18, U-19, U-20, Pakistanın isə əsas millisinə cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi