Modern.az

Boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı

Boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı

İdman

24 İyul 2023, 10:04

Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyinə qələbə ilə başlayıb.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, 54 kq çəkidə mübarizə aparan idmançı Françesko Crucillanı (İtaliya) məğlub edib.

 

O, 1/16 final çərçivəsində baş tutan döyüşdə 3:2 (29:28, 29:28, 28:29, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Kərimli ikinci qarşılaşmasında şotlandiyalı Yakub Naismitlə üz-üzə gələcək.

 

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin dördüncü günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi