Modern.az

“Qarabağ”ın Çempionlar Liqasında mümkün rəqibləri

“Qarabağ”ın Çempionlar Liqasında mümkün rəqibləri

İdman

24 İyul 2023, 14:24

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

 

Modern.az-ın məlumatına görə, tədbirdə "Qarabağ"ın mümkün rəqibləri də bəlli olub.

 

II təsnifat mərhələsində Polşa “Rakuv”u ilə qarşılaşacaq Azərbaycan çempionu turu adlasa, "Aris" (Kipr) - BATE (Belarus) cütünün qalibi ilə görüşəcək. Ağdam klubu polşalıları keçsə, növbəti oyunu evdə keçirəcək.

 

III təsnifat mərhələsinin ilk oyunları avqustun 8-9-da olacaq. Cavab matçları isə ayın 15-də baş tutacaq.

 

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında ilk matç iyulun 26-da Polşada baş tutacaq.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi