Modern.az

Qarabağ müharibəsini işıqlandıran jurnalist Ukraynada YARALANDI

Qarabağ müharibəsini işıqlandıran jurnalist Ukraynada YARALANDI

24 İyul 2023, 21:21

Ukraynada AFP informasiya agentliyinin jurnalisti, 35 yaşlı Dilan Kollins yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə hücumun şahidi olan AFP müxbirləri məlumat yayıb.

 

O, Donetsk vilayətindəki Baxmut yaxınlığında yerləşən meşədə Ukrayna artilleriyasının mövqeyindən reportaj hazırlayarkən PUA hücumu nəticəsində xəsarət alıb.

 

Qeyd olunub ki, Kollins çoxsaylı qəlpə yaraları alıb. O, ən yaxın xəstəxanaya çatdırılıb, lakin huşunu itirib.

 

Kollinsi müayinə edən həkimlər onun həyatının təhlükədə olmadığını bildiriblər. 

 

Qeyd edək ki, Livanda yaşayan ABŞ vətəndaşı olan jurnalist 2018-ci ildən AFP-də işləyir, hazırda agentliyin Livan və Suriya üzrə video koordinatorudur. O, Yaxın Şərqdə münaqişə zonalarında çalışıb və 2020-ci ildə Qarabağ müharibəsini işıqlandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu