Modern.az

UEFA “Neftçi”nin rəqibini cərimələdi

UEFA “Neftçi”nin rəqibini cərimələdi

İdman

26 İyul 2023, 17:50

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Bosniya və Herseqovina klubu “Jelezniçar” cərimələnib.

 

Modern.az xəbər verir ki, buna səbəb birinci raundda Belarus təmsilçisi “Dinamo” (Minsk) ilə ev oyununda yerli azarkeşlərin tribunaların pilləkənlərində oturaraq keçidi bağlamaları olub.

 

Fanatların davranışı sarayevoluların UEFA tərəfindən 8000 avro məbləğində cərimələnməsinə səbəb olub. “Jelezniçar” tamaşaçılardan “Neftçi” ilə keçiriləcək matçda eyni səhvi təkrarlamamağı xahiş edib.

 

Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi