Modern.az

Basketbolçularımız Avropa çempionatının finalında

Basketbolçularımız Avropa çempionatının finalında

26 İyul 2023, 21:46

Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C divizionunda finala yüksəlib.

 

Modern.az xəbər verir ki, yığma yarımfinalda Andorra yığmasını 87:64 hesabı ilə məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

 

Milli komandanın finaldakı rəqibi Kipr - Kosovo cütünün qalibi olacaq. İyulun 27-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi