Modern.az

"Sabah" Latviyada qələbə qazandı 

İdman

26 İyul 2023, 22:18

Bakının “Sabah” klubunun avrokuboklarda debütü uğurlu alınıb.

 

Modern.az xəbər verir ki, iyulun 26-da Bakı təmsilçisi UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Latviyanın RFŞ komandasının qonağı olub.

 

Yurmala şəhərindəki “Sloka” stadionunda keçirilən görüşdə hesabı Bakı təmsilçisi açıb. Matçın 22-ci dəqiqəsində Boyan Letiç adını tabloya yazdırıb. Bosniya və herseqovinalı müdafiəçi Bakı klubunun avrokuboklardakı ilk qolunun müəllifi olub. Qarşılaşmanın ilk hissəsi “Sabah”ın minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

 

“Sabah” klubu ikinci hissədə də üstün oyun nümayiş etdirib. Bakı təmsilçisinin gürcüstanlı hücumçusu Davit Volkov 56-cı dəqiqədə ikinci topu rəqib qapısından keçirib.

 

Çexiyalı baş hakim Yan Maxalekin idarə etdiyi matç “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Komandalar arasında cavab görüşü avqustun 3-də Bakıda keçiriləcək.

 

Bakı təmsilçisi RFŞ-i turnirdən kənarlaşdırsa, növbəti mərhələdə Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq. Üçüncü təsnifat mərhələsinin görüşləri avqustun 10-da və 17-də oynanılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi