Modern.az

“Yuventus” avrokuboklardan uzaqlaşdırıldı

“Yuventus” avrokuboklardan uzaqlaşdırıldı

İdman

29 İyul 2023, 00:11

İtaliyanın “Yuventus” klubu 2023-2024-cü illər mövsümü üçün UEFA-nın bayrağı altında keçiriləcək bütün turnirlərdən uzaqlaşdırılıb.

 

Modern.az xəbər verir ki, Konfrans Liqasında mübarizə aparmalı olan Turin təmsilçisi maliyyə feyr-pley qaydalarını pozduğu üçün bu cəzaya məruz qalıb.

 

Eyni zamanda, komanda 20 milyon avro məbləğində cərimələnib.

 

Qeyd edək ki, ötən mövsüm İtaliya A seriyasında 7-ci yeri tutan “Yuventus”un hesabından 10 xal silinmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi