Modern.az

“Liverpul” darmadağınla qalib gəldi

“Liverpul” darmadağınla qalib gəldi

İdman

30 İyul 2023, 18:20

“Liverpul" və "Lester" arasında yoxlama oyunu keçirilib. 

 

Modern.az xəbər verir ki, komandalar Sinqapur Milli Stadionda qarşılaşıblar. "Liverpul" 4:0 hesabı ilə qalib gəlib.
İlk hissədə hücumçu Darvin Nunes, yarımmüdafiəçi Bobbi Klark və forvard Dioqo Yota fərqlənib. 

 

İkinci hissədə şotlandiyalı hücumçu Ben Doak son nöqtəni qoyub - 4:0.

 

Qeyd edək "Liverpul" ötən mövsüm İngiltərə Premyer Liqasını 5-ci pillədə (38 matç, 67 xal) başa vurub və Çempionlar Liqasına vəsiqəni əldən verib. “Lester” isə 34 xal toplayıb və mövsümü 18-ci yerdə başa vurub. Komanda İngiltərə Premyer Liqasını tərk edib. Çempion “Mançester Siti” olub (89 xal).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi