Modern.az

Tıxaca düşən şahmatçımıza məğlubiyyət verildi

Tıxaca düşən şahmatçımıza məğlubiyyət verildi

31 İyul 2023, 16:54

Azərbaycan şahmatçısı Eltac Səfərli Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda problemlə üzləşib.

 

Modern.az xəbər verir ki, o, panamalı Roberto Sançeslə ikinci görüşə gecikdiyi üçün texniki məğlubiyyətlə üzləşib.

 

Turnirin qaydalarına görə, oyuna maksimum 15 dəqiqə gecikmək olar. Azərbaycanlı qrosmeyster isə startdan 22 dəqiqə sonra yarışın keçirildiyi məkana çatıb.

 

Sosial şəbəkələrdə yayılan məlumata əsasən, şahmatçının gecikməsinə tıxac səbəb olub.

 

Qeyd edək ki, dünən keçirilən ilk partiyada qalib gələn E.Səfərli sabah rəqibi ilə tay-breykdə üz-üzə gələcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi