Modern.az

Bu gün "Qarabağ"ın rəqibi bilinəcək

Bu gün

İdman

1 Avqust 2023, 08:24

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.

 

Modern.az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.

 

"Qarabağ" (Azərbaycan) / "Rakuv" (Polşa) cütünün III raunddakı potensial rəqibləri olan Belarus BATE-si ilə Kipr "Aris"i bu dəfə Macarıstanda üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Limasoldakı ilk oyunda meydan sahibləri rəqibini darmadağın edib - 6:2.

 

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
1 avqust

 

21:30. "Panatinaikos" (Yunanıstan) - "Dnepr-1" (Ukrayna)
İlk oyun - 3:1

 

22:00. "Olimpiya" (Sloveniya) - "Luduqorets" (Bolqarıstan)
İlk oyun - 1:1

 

22:00. BATE (Belarus) - "Aris" (Kipr)
İlk oyun - 2:6

 

22:00. "Slovan" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina)
İlk oyun - 1:0

 

Qeyd edək ki, bu mərhələnin digər 8 cavab qarşılaşması avqustun 2-də keçiriləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi