Modern.az

“Zirə” İsraildən futbolçu transfer edib

“Zirə” İsraildən futbolçu transfer edib

İdman

1 Avqust 2023, 16:40

“Zirə” İsraildən futbolçu transfer edib.

 

Klubdan Modern.az-a verilən məlumata görə, adı çəkilən ölkənin “Ness Ziona” klubunun mərkəz müdafiəçisi Stefan Aka Premyer Liqa təmsilçisi ilə anlaşıb.

 

32 yaşlı arxa xətt oyunçusu yeni komandası ilə 1+1 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Fil Dişi Sahilidən olan Stefan Aka karyerası ərzində İtaliyanın “Leqano Salus”, “Belluno”, Rumıniyanın “Unversitatya Krayova 1948”, “Unversitatya Krayova”, Türkiyənin “'Ərzurumspor”, İsrailin “Kiryat Şimona”, “Ness Ziona” klublarının şərəfini qoruyub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi