Modern.az

Şahruddin "Qarabağ"ın sabahkı oyununa çıxacaq?

Şahruddin

İdman

1 Avqust 2023, 18:17

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rakuv”la Bakıdakı cavab oyunu ərəfəsində  “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, Qurbanov sabah baş tutacaq matç barədə fikirlərini açıqlayıb.

 

“Üstünlük bir az rəqib tərəfdədir. Amma hər bir halda, geridə qalan günlərdə pis hazırlaşmadıq. Rəqibi tam yaxından tanıdıq. Sabah yaxşı nəticə üçün meydanda çox əziyyət çəkməliyik. Futbolçularım oyunun gedişində bunu hiss etməlidirlər. Bu komandaya qarşı heç bir an belə, oyundan qopmaq olmaz. Rəqibi analiz etmişik. Futbolçularla söhbətimiz olub. Çalışacağıq ki, sabah ən yaxşı oyunlarımızdan birini oynayaq. Buna ehtiyac var. Hər bir futbolçu oyuna məsuliyyətli hazırlaşıb”, - o bildirib.

 

Əvvəlki oyunda səhvlərinə görə tənqid edilən qapıçı Şahruddin Məhəmmədəliyevlə bağlı suala cavab olaraq Qurban Qurbanov deyib:

 

"Bəli, yazılanlardan məlumatım var. Amma bu kollektiv oyundur. Start heyəti sabah bilinəcək. Oynamaq şansı da çoxdur. Bu gün tam vaxtımız var. Bizim fikrimiz, diqqətimiz oyunda, rəqibdə olmalıdır. Biz oyundan kənara çıxmamalıyıq. Başımızı aşağı salıb, işimizi görməliyik. Hər bir oyunçumuz çalışmalıdır ki, bu oyunda səhvlərdən uzaq olsun. Eləcə də, qapıçılarımız".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi