Modern.az

İdmançılarımız dünya çempionatının FİNALINDA

İdmançılarımız dünya çempionatının FİNALINDA

İdman

1 Avqust 2023, 20:33

Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında finala yüksəlib.

 

Modern az xəbər verir ki, 45 kq-da Turan Daşdəmirov yaponiyalı Kaysey Yamamoto (10:0) və qırğızıstanlı Kadirbek Almanbetova (9:1) tam üstünlüklə qalib gələrək yarımfinala adlayıb. O, finala gedən yolda iranlı Əhməd Əmiriqasroddaştidən güclü olub – 5:1. Daşdəmirov həlledici görüşdə rusiyalı Rüstəm Abatsiyevlə qarşılaşacaq.

 

51 kq-da Əli Seyidəlili 1/8 finalda rusiyalı İliya Kandalinə 3:8 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Azərbaycan təmsilçisi təsəlliverici görüşdə gürcüstanlı Koba Karumidzeylə güəşəcək.

 

71 kq-da yarışan Cavad Məmmədov təsnifat mərhələsində finlandiyalı Severi Maenpaepaeyə uduzub - 7:10.

 

60 kq-da Roman Kərimov hindistanlı Varun Varun (5:2) və ekvadorlu Adrian Velizi (8:1) üstələyərək yarımfinala yüksəlib. O, finalın bir addımlığında rusiyalı Mingiyan Qoryayevi 9:5 hesabıyla məyus edib. Kərimov həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeylə üz-üzə gələcək.

 

92 kq-da çıxış edən Mikayıl İsmayılov türkiyəli Alixan Bərəkətə 5:1 hesabıyla qalib gəldikdən sonra 1/4 finalda qırğızıstanlı Nurbolat Sirqabayulunu sonuncu xal prinsipinə əsasən (1:1) yolundan kənarlaşdırıb. Yarımfinalda gürcüstanlı Saba Purtseladzeyə 1:3 hesabı ilə uduzan İsmayılov bürünc medal uğrunda Sərdarbek Rüstəmov (Özbəkistan) / Əliəkbər Aşgarivaladi (İran) cütünün qalibini sınağa çəkəcək.

 

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən 65 kq çəki dərəcəsində mübarizə aparan Yusif Əhmədli mundialın finalına vəsiqə qazanıb. İdmançı bu gün Zaur Beslekoyevlə (AİN) qızıl medal görüşünə çıxacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi