Modern.az

Qadın atletimiz Çində rekorda imza atdı

Qadın atletimiz Çində rekorda imza atdı

İdman

1 Avqust 2023, 22:53

Azərbaycanın qadın atleti Lamiyə Vəliyeva Çinin Çendu şəhərində keçirilən 31-ci Ümumdünya Yay Universiadasında yarımfinala yüksəlib.

 

Modern.az xəbər verir ki, idmançımız 400 metr məsafəni 55.48 saniyəyə qət edib. Vəliyeva bununla həm böyüklər, həm də 23 yaşadək qadınlar arasında Azərbaycan rekordunu yeniləyib.

 

Fəxriyyə Tağızadə isə uzunluğa tullanma üzrə yarışda 5.78 metr nəticə ilə mübarizəni təsnifat mərhələsində dayandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi