Modern.az

"Qarabağ" mübarizəni dayandırdı - YENİLƏNİB

İdman

2 Avqust 2023, 21:58

“Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində Polşanın "Rakuv" komandasını qəbul edib.

 

Modern.az xəbər verir ki, Azərbaycan çempionu Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubu ilə Bakı Olimpiya Stadionunda qarşılaşıb.

 

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə “Rakuv” turnirdə mübarizəni davam etdirib, Azərbaycan təmsilçisi Avropa Liqasına yuvarlanıb.

 

Qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsindəki rəqib HİK (Finlandiya) - “Molde" (Norveç) cütünün qalibi olacaq.

 

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.

 

***

20:02

“Qarabağ”la Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan görüş saat 20:00-da start götürüb.

 

Qarşılaşmanı almaniyalı baş hakim Sven Yablonski idarə edir.

 

Qeyd edək ki, komandalar arasında Polşada keçirilən ilk oyunda “Rakuv” 3:2 hesablı qələbə qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi