Modern.az

Klublarımız bu gün cavab oyunlarına çıxır

Klublarımız bu gün cavab oyunlarına çıxır

İdman

3 Avqust 2023, 08:00

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən komandalar bu gün II təsnifat mərhələsində cavab oyunları keçirəcəklər.

 

Modern.az-ın məlumatına görə, əvvəlcə meydana "Sabah" klubu çıxacaq. Murad Musayevin baş məşqçi olduğu kollektiv "Bank Respublika Arena"da Ltaviyanın RFŞ komandasını qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq. İlk qarşılaşmada Bakı təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

 

"Neftçi" və "Qəbələ"nin oyunları isə eyni saatda - 21:00-da start götürəcək. "Ağ-qaralar" Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçə etdiyi "Jelezniçar"la bu dəfə 8-ci km stadionunda üz-üzə gələcək.

 

"Qırmızı-qaralar" isə Kiprdə "Omoniya"nın qonağı olacaq. Qəbələdəki matçda eyniadlı komanda rəqibinə uduzub - 2:3.

 

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları
3 avqust

 

20:00. "Sabah" (Azərbaycan) - RFŞ (Latviya)
Baş hakim: Fedayi San (İsveçrə)
İlk oyun - 2:0
"Bank Respublika Arena"

 

21:00. "Neftçi" (Azərbaycan) - "Jelezniçar" (Bosniya və Herseqovina)
Baş hakim: Balaş Berke (Macarıstan)
İlk oyun - 2:2
8-ci km stadionu

 

21:00. "Omoniya" (Kipr) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Adam Ladebek (İsveç)
İlk oyun - 3:2
Nikosiya, "GSP Arena"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi