Modern.az

Əliyar Ağayev Çempionlar Liqasına təyinat aldı

Əliyar Ağayev Çempionlar Liqasına təyinat aldı

İdman

3 Avqust 2023, 17:00

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək "Klaksvik" (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq.

 

Ona FİFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi