“Neftçi”nin Avropa kuboklarındakı növbəti rəqibi məlum olub.
Modern.az xəbər verir ki, Bakı klubu “Beşiktaş”la qarşılaşacaq.
İstanbul klubu Konfrans Liqasının II təsnifat mərhələsində “Tirana”nı məğlub edib.
Turnirin III təsnifat mərhələsinin ilk oyunu avqustun 10-da İstanbulda keçiriləcək. Cavab matçı bir həftə sonra Bakıda olacaq..