Modern.az

Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır

Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır

İdman

4 Avqust 2023, 08:46

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start veriləcək.

 

Modern.az-ın məlumatına görə, açılış oyunu Bakıda baş tutacaq. Çempionatın debütantı "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək. "Dalğa Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

 

İki komanda indiyədək Premyer Liqada bir-birinə rəqib olmayıb.

 

Azərbaycan Premyer Liqası
I tur
4 avqust

 

20:00. "Araz-Naxçıvan" - "Turan Tovuz"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Dalğa Arena”.

 

Qeyd edək ki, turun "Səbail" - "Sumqayıt" və "Qarabağ" - "Zirə" matçları avqustun 5-də, "Kəpəz" - "Neftçi" və "Sabah" - "Qəbələ" görüşləri isə 6-da keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi