Modern.az

“Qarabağ”ın oyununun biletləri bu gün satışa çıxarılacaq

“Qarabağ”ın oyununun biletləri bu gün satışa çıxarılacaq

İdman

4 Avqust 2023, 11:00

Azərbaycan Premyer Liqasında 2023/2024 mövümünün I turunda keçiriləcək “Qarabağ” – “Zirə” oyununun biletləri bu gün satışa çıxarılacaq.

 

Ağdam klubundan Modern.az-a verilən məlumata görə, azarkeşlər saat 13:00-dan etibarən “iticket.az”dan biletləri əldə edə bilərlər.

 

Qiymətlər sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir. Biletlər bu gün və sabah “iticket.az”da onlayn, həmçinin, oyun günü “Azersun Arena”nın kassasında satışda olacaq.

 

Qeyd edək ki, avqustun 5-də keçiriləcək “Qarabağ” – “Zirə” matçı saat 21:00-da start götürəcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi