Modern.az

17-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu 

17-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu 

6 Avqust 2023, 23:50

“Arsenal” “Mançester Siti”ni penaltilər seriyasında məğlub edib və İngiltərə Superkubokunun qalibi olub.

 

Modern.az xəbər verir ki, görüş Londondakı “Uembli” stadionunda baş tutub.

 

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Mançester Siti”nin heyətində Koul Palmer (77-ci dəqiqə), “Arsenal”da Leandro Trossard (90+11) fərqlənib. Penaltilər seriyasında “Arsenal” 4:1 hesabı ilə daha güclü olub.

 

“Arsenal” 17-ci dəfə İngiltərə Superkubokunu qazanıb. Komanda sonuncu dəfə 2020-ci ildə turnirin qalibi olub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi