Modern.az

“Qarabağ”ın potensial rəqibləri məlum oldu - YENİLƏNİB

“Qarabağ”ın potensial rəqibləri məlum oldu - YENİLƏNİB

7 Avqust 2023, 11:55

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Azərbaycan çempionunun UEFA Avropa Liqasında HİK-lə (Finlandiya) təşkil etdiyi cütün məğlubu mübarizəni üçüncü dərəcəli turnirdə davam etdirəcək.

 

Bu cütün potensial rəqiblərindən ikisi Avropa Liqasında III raundun məğlubu, üçü isə Konfrans Liqasında III təsnifat mərhələsinin qalibi olacaq.

 

“Qarabağ” – HİK cütünün Konfrans Liqasında mümkün rəqibləri:


“Valmiera” (Litva) - “Partizani” (Albaniya) cütünün qalibi.
“Farul” (Rumıniya) - “Flora” (Estoniya) cütünün qalibi.
“Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq) cütünün qalibi.
Avropa Liqasında “Zrinski” (Bosniya və Herseqovina) - “Breydablik” (İslandiya) cütünün məğlubu.
Avropa Liqasında “Astana” (Qazaxıstan) - “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu.

 

Qeyd edək ki, bu gün keçiriləcək Konfrans Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

***

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

 

Modern.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

 

Püşkatma mərasimində Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri məlum olacaq.

 

Belə ki, bu mərhələdə 20 komanda ümumilikdə 10 cütlük təşkil edəcək. Pley-off mərhələsinin görüşləri avqustun 24-31-də keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi