Modern.az

Hədəfimiz “Neftçi”ni məğlub etməkdir - Şenol Güneş

Hədəfimiz “Neftçi”ni məğlub etməkdir - Şenol Güneş

7 Avqust 2023, 12:36

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Güneş komandasının yeni planlarından danışıb.

 

Modern.az xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” klubunun rəqibi olan “qara qartal”ın çalışdırıcısı əvvəlcə Azərbaycan təmsilçisini məğlub etməli olduqlarını deyib.

 

“İlk hədəf “Neftçi”ni məğlub etməkdir. Bakıdakı oyundan sonra Super Liqa matçına hazırlaşacağıq. Mövsümboyu bütün oyunlarda komanda olaraq gücümüzü ortaya qoymalıyıq. Əvvəlcə avrokuboklarda işimizi həll edək, sonra çempionat barədə düşünərik”, - baş məşqçi bildirib.

 

Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da baş tutacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi