Modern.az

"Səbail" niderlandlı futbolçunu transfer etdi 

İdman

7 Avqust 2023, 18:37

"Səbail" klubu Niderlandın "Telstar" komandasından futbolçu transfer edib.

 

Paytaxt təmsilçisindən Modern.az-a verilən məlumata görə, "dənizçilər" 26 yaşlı yarımmüdafiəçi Anass Nacahı heyətinə qatıb.

 

Niderlandlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Anass Nacah ölkəsinin "Valveyk" və Kiprin "Akritas" klublarında da çıxış edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi