Modern.az

Azərbaycan Universiadanı 38-ci pillədə başa vurdu

Azərbaycan Universiadanı 38-ci pillədə başa vurdu

8 Avqust 2023, 12:15

Azərbaycan Çinin Çendu şəhərində keçirilmiş XXXl Ümumdünya Yay Universiadasını 38-ci pillədə başa vurub.

 

Modern.az xəbər verir ki, idmançılarımız yarışda 3 gümüş və 6 bürünc medal qazanıblar.

 

Bədii gimnastikada Zöhrə Ağamirova 2 gümüş və 1 bürünc medala yiyələnib.

 

Cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) ikinci, Leyla Əliyeva (48 kq) və Yaşar Nəcəfov (66 kq) üçüncü yeri tutublar. Daha bir bürünc medalı kişilərdən ibarət cüdo millimiz qazanıb.

 

Taekvondoda Minayə Əkpərova (46 kq), avarçəkmədə Bəhmən Nəsiri də fəxri kürsüdə yer alıblar.

 

Qeyd edək ki, yarışda ümumilikdə 53 ölkə idmançıları medal qazanıblar. İlk üç pillədə Çin (103 qızıl, 40 gümüş, 35 bürünc), Yaponiya (21 qızıl, 29 gümüş, 43 bürünc) və Cənubi Koreya (17 qızıl, 18 gümüş, 23 bürünc) qərarlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi