Modern.az

"Neftçi" - "Beşiktaş" matçı start götürdü

İdman

10 Avqust 2023, 21:01

“Neftçi” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda İstanbulun “Beşiktaş” komandası ilə qarşılaşır.

 

Modern.az xəbər verir ki, “Neftçi Arena”da keçirilən oyunda “Ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu start heyətdə İvan Brkiç, Mark Tamaş, Yuri Matias, İsmayıl Zülfüqarlı, Azər Salahlı, Ataa Caber, Fərid Yusifli, Emin Mahmudov, Kenni Sayef, Kilan Lebon və Andre Şinyaşikiyə şans verib.

 

Şenol Günəşin komandasının ilk “11-liyi”ndə isə Mert Günok, Omar Kolli, Daniel Emerti, Umut Meraş, Valentin Rosye, Amir Haciahmetoviç, Gedson Fernandeş, Salih Uçan, Cekson Muleka, Onur Bulut və Vensan Abubakar yer alıblar.

 

Görüşü isveçrəli baş hakim Lukas Fandrix idarə edir.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi