Modern.az

“Qarabağ” “Araz-Naxçıvan”a, “Neftçi” “Sabah”a qarşı

“Qarabağ” “Araz-Naxçıvan”a, “Neftçi” “Sabah”a qarşı

İdman

2 Aprel 2025, 08:30

Bu gün Azərbaycan kubokunda yarımfinalın ilk oyunları keçiriləcək.

Modern.az xəbər verir ki, hər iki oyun eyni günə təsadüf edəcək.

Əvvəlcə “Araz-Naxçıvan” kubokda ilk dəfə üz-üzə gəldiyi “Qarabağ”ı qəbul edəcək. Digər yarımfinal görüşü isə “Neftçi” ilə “Sabah” arasında baş tutacaq.

Qeyd edək ki, yarımfinalın cavab oyunları aprelin 23-də keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
2 aprel

17:00. “Araz-Naxçıvan” – “Qarabağ”

19:30. “Neftçi” – “Sabah”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər