Modern.az

Neymar “Əl-Hilal”dan təklif aldı

Neymar “Əl-Hilal”dan təklif aldı

13 Avqust 2023, 15:03

Fransanın “PSJ” futbol klubunun braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubundan təklif alıb.

 

Modern.az jurnalist Fabritsio Romanoya istinadən xəbər verir ki, “Əl-Hilal” Fransa komandasına böyük məbləğ təklif edib.

 

Hazırda danışıqlar aparılır. Braziliyalının keçiddə maraqlı olduğu qeyd edilib.

 

Neymarın 31 yaşı var, 2017-ci ildə dünya futbolu üçün rekord məbləğə - 222 milyon avroya “Barselona”dan “PSJ”yə keçib. Fransa komandasının tərkibində forvard 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi