Kriştiano Ronaldo dünyada instaqramda 600 milyon izləyiciyə çatan ilk futbolçu olub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Ronaldo 2022-ci ilin noyabrında bu sosial şəbəkədə 500 milyon abunəçi həddini keçib.
Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messinin isə 482 milyon izləyicisi var.
Qeyd edək ki, Ronaldo beşqat “Qızıl top”un sahibidir. O, karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real" və "Yuventus" klublarının şərəfini qoruyub. 5 dəfə Çempionlar Liqasının qalibi, 3 dəfə İngiltərə çempionu, 2 dəfə İspaniya və İtaliya çempionu olub. Portuqaliya millisində olarkən Avropa Çempionatının (2016) və Millətlər Liqasının (2018/19) qalibi olub.