Modern.az

Şahmatçımız Dünya Kubokunun yarımfinalında

Şahmatçımız Dünya Kubokunun yarımfinalında

İdman

16 Avqust 2023, 18:24

28 yaşlı Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib.

 

Modern.az xəbər verir ki, qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib.

 

İlk qarşılaşma heç-heçə başa çatmışdı.

 

Bundan əvvəl Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi