Modern.az

İdmançılarımız Avropa çempionatını 5 medalla başa vurdu

İdmançılarımız Avropa çempionatını 5 medalla başa vurdu

İdman

16 Avqust 2023, 20:51

Niderlandın Rotterdam şəhərində keçirilən parataekvondo üzrə Avropa paralimpiya çempionatına yekun vurulub.

 

Modern.az-ın məlumatına görə, ilk iki gündə uğurlu çıxış edən Azərbaycan millisi bu gün də uğurlu seriyanı davam etdirib.

 

Parataekvondoçularımızdan Əbülfəz Abuzərli (80 kq, K-44) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bütün rəqiblərinə qalib gələn təmsilçimiz qızıl medala yiyələnərək, Rotterdamda ikinci dəfə Azərbaycan himnini səsləndirib.

 

Ondan fərqli, Orxan Cəfərov (+80 kq, K-44) mükafat qazana bilməyib.

 

Beləliklə, yarışa 6 parataekvondoçu ilə qatılan Azərbaycan millisi 5 medal qazanıb. Abuzərli ilə yanaşı, İmaməddin Xəlilov (70 kq, K-44) çempion tituluna yiyələnib. Röyalə Fətəliyeva (52 kq, K-44) gümüş, Sabir Zeynalov (58 kq, K-44) və Amin Şıxalıyev (63 kq, K-44) bürünc medala sahib olublar.

 

Bu göstərici ilə Azərbaycan millisi kişilər və ümumi komanda hesabında ikinci yeri tutub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi